...

Azərbaycan etibarlı tərəfdaşdır - Bolqarıstan Prezidenti

Siyasət Materials 10 Dekabr 2023 13:58 (UTC +04:00)
Azərbaycan etibarlı tərəfdaşdır - Bolqarıstan Prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Niş. Trend:

Azərbaycan etibarlı tərəfdaşdır.

Trend xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev Niş şəhərində (Serbiya) Serbiya-Bolqarıstan İnterkonnektorunun açılış mərasimində bildirib.

"Prezident İlham Əliyev də Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılışı mərasimində iştirak edib. Bu interkonnektor sayəsində nəhayət, Bolqarıstan Azərbaycandan qaz almağa başlayıb. Dəyişən geosiyasi vəziyyətə baxmayaraq, Bakının 10 il əvvəl bağlanmış bütün sazişlərə ciddi əməl etdiyini nümayiş etdirən Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Hər bir Avropa formatlı görüşdə bir daha təkrar edirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır və inanıram ki, biz bundan sonra da belə qarşılıqlı faydalı şəkildə birgə işləyəcəyik". - deyə o bildirib.

Prezident Rumen Radev əlavə edib ki, Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru ölkələrimizin artan texnoloji potensialının və Serbiya, Bolqarıstan və Azərbaycan arasında uğurlu əməkdaşlığın rəmzidir.

"Bu gün biz təkcə milli qaz şəbəkələrimizi birləşdirmirik. Bu, infrastruktur layihəsindən qat-qat artıqdır. Bu, ölkələrimizin artan texnoloji potensialının və Serbiya, Bolqarıstan və Azərbaycan arasında uğurlu əməkdaşlığın rəmzidir. Bu əməkdaşlıq regionumuzda dayanıqlı iqtisadi artımın təşviqində mühüm rol oynayır və Avropanın gələcəyini birlikdə qurmaq üçün kollektiv əzmimizi əks etdirir. Birləşmə Aİ-nin təhlükəsiz enerji mənbələri ilə bağlı iddialı baxışına uyğundur. Mən əminəm ki, interkonnektor daha geniş regionda investisiya marağı cəlb edəcək Prezident Vuçiçi təbrik etmək istəyirəm; Serbiyadakı hər modernləşmə Bolqarıstanda da bizə birbaşa təsir edir. Biz Avropa ilə Serbiya vasitəsilə əlaqə saxlayırıq", - deyə Bolqarıstan Prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti