...

Seçkiyə görə bir sıra vətəndaşlara lazımi sənədlərin verilməsi prosesinə başlanıb

Siyasət Materials 20 Dekabr 2023 12:37 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Seçki gününədək şəxsiyyət vəsiqəsinin vaxtı bitən vətəndaşlara, seçki gününədək 18 yaşı tamam olacaq vətəndaşlara lazımi sənədlərin verilməsi prosesinə başlanıb.

Trend-in məlumatına görə, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, xarici ölkələrdə olan vətəndaşların siyahısının hazırlanmasına başlanıb.

“Seçki günü ictimai asayişin təmin edilməsi və seçkilərə, o cümlədən exit-poll-un keçiriməsinə mane olmaq istəyən qüvvələrin qarşısını almaq üçün zəruri tədbirlər görülməkdədir”, - deyə o əlavə edib.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti