Bakı. Trend:
Dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılması təklif edilir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Ehtiyaca uyğun olaraq, yeni tələbə yataqxanalarının inşa edilməsi istiqamətində aparılan işlərin davam etdirilməsi də təklif olunur.