...

Astana Azərbaycan-Ermənistan danışıqları üçün platforma təklif etməyə hazırdır - Tokayev

Siyasət Materials 15 Aprel 2024 12:14 (UTC +04:00)
Astana Azərbaycan-Ermənistan danışıqları üçün platforma təklif etməyə hazırdır - Tokayev
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Astana Azərbaycan-Ermənistan danışıqları üçün platforma təklif etməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

"Qazaxıstan danışıqlar üçün maksimum kömək etməyə və platforma təklif etməyə hazırdır. Bizim əsas məqsədimiz bizə dost ölkələri yaxınlaşdırmaq və sarsılmaz dostluq əlaqələri, sülh və sabit inkişafın yolunu açmaqdır", - deyə o bildirib.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İrəvanda bir günlük səfərdədir. Tokayev səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Qazaxıstan prezidentinin həmçinin erməni həmkarı Vaaqn Xaçaturyanla görüşəcəyi gözlənilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti