Bakı. Trend:
Türkiyə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda müsbət irəliləyişlərin sülhü təmin edəcək razılaşma ilə nəticələnməsini arzulayır.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasından sonra verilən açıqlamada bildirilib.
Şuradan bildirilib ki, Türkiyə daimi sülhün bərqərar olmasına yönəlmiş bütün xoş niyyətli səylərə öz dəstiniyi verməyə hazırdır.