Bakı. Trend:
Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə o, Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Bundan başqa, Sevindik Hacağa oğlu Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.