Bakı. Trend:
Doğma yurdum Şuşada yaşamaq hamı kimi mənim üçün də fəxrdir.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Rafiq Hüseynov deyib.
Onun sözlərinə görə, 32 yaşında Şuşanı tərk etmək məcburiyyətində qalıb. İndi isə 32 ildən sonra əziz Şuşaya qayıdır.
"Allah Prezidentimizi var eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Şuşanı gəzmək, Cıdır düzü, İsa bulağını hər gün ziyarət etmək bir daha bizə qismət oldu", - deyə o, qeyd edib.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.