...

Ali Məhkəməyə yeni hakimlər təyin edilib

Siyasət Materials 8 Oktyabr 2024 12:08 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarlıb.

Layihəyə əsasən, İlqar Cəfərov, Sərvər Vəliyev, Raqib Qurbanov, Vüsalə Baxışova və Rəşad Həsənov Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Xəbər lenti

Xəbər lenti