...

Sahibə Qafarova Tacikistana işgüzar səfərə gedib (FOTO)

Siyasət Materials 10 Oktyabr 2024 14:39 (UTC +04:00)
Sahibə Qafarova Tacikistana işgüzar səfərə gedib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-da Tacikistan Respublikasına işgüzar səfərə gəlib.

Parlamentdən Trend-ə verilən məlumata görə, Düşənbə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədr müavini Mavsuma Muini, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın Düşənbədə keçirilən “Tacikistan Respublikası Konstitusiyasının 30-cu ildönümü” beynəlxalq parlament konfransında çıxışı və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti