Bakı. Trend:
Qlobal problemlər miqyasından asılı olmayaraq danışıqlar və müzakirələr yolu ilə həll edilməlidir.
Trend xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberq 12-ci Baki Qlobal Forumuna həsr olunmuş mətbuat konfransında bildirib.
“Aclıq, müharibələr, epidemiyalar kimi iriqmiyaslı çağırışlar müstəsna olaraq dialoq yanaşmasını tələb edir”, - həmsədr vurğulayıb.
Onun sözlərinə görə, bu gün ölkələr arasında olan gərginlik ciddi narahatlıq doğurur.
“Belə bir şəraitdə sülhü dəstəkləyən dövlətin atəşkəsə nail olması son dərəcə vacibdir. Biz ona inanırıq ki, dünyanın istənilən problemlərini miqyasından asılı olmayaraq danışıqlar yolu ilə həll etmək lazımdır. Hazırda biz beynəlxalq düzəndə həyəcanverici dəyişikliklər müşahidə etməkdəyik”, - deyə Vayra Vike-Freyberq qeyd edib.