...

QAT AIROPA ŞURASININ BAKIDA KEÇİRİLƏCƏK İCLASLARINDA ERMƏNİLƏRİN İŞTİRAKINA MANE OLACAQ

Siyasət Materials 4 İyul 2005 19:50 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı Avropa Şurası Parlament Assambleyası alt Komitələrinin Bakıda keçirilən iclaslarına ermənilərin də qatılmasına etiraz edir. QAT-dan Trend ə bildirilib ki, erməni nümayəndələri dərhal Bakıdan çıxarılmasalar, təşkilat öz imkanları daxilində buna nail olmağa çalışacaq. QAT iyulun 4-də bu barədə bəyanat qəbul edib.

Bəyanatda deyilir ki, ermənilərin Bakıdan çıxarılması görülən tədbirlər zamanı baş verəcək hadisələrə görə məsuliyyət Azərbaycan hakimiyyətinin, bəzi millət vəkillərinin və beynəlxalq təşkilatların üzərinə düşəcək.

Bu hadisələrin baş verməməsi üçün QAT Azərbaycan hakimiyyətini, o cümlədən Avropa Şurası Parlament Assambleyasını milli maraqlarımıza zidd hərəkətlərə yol verməməyə və ermənilərin gizli şəkildə Bakıya gətirməməyə çağırıb.

Qurum işğalçı ölkənin nümayəndələrinin torpaqlarımıza ayaq basmasına, mötəbər tədbirlərdə rahat iştirak iştirak etməsinə şərait yaradılmasını xalqımıza xəyanət kimi qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti