...

MADLEN OLBRAYT MSK SƏDRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 13 İyul 2005 16:54 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Bakıda səfərdə olan Milli Demokratiya İnstitutunun İdarə Heyətinin sədri Madlen Olbraytla görüşüb.

MSK-dan Trend ə verilən məlumata görə, görüşdə bu noyabrın 6-da Azərbaycanda keçiriləcək parament seçkiləri barədə müzakirələr aparılıb. MSK sədri seçki ilə əlaqədar bu qurumun gördüyü işlər haqqında qonağa məlumat verib.

Xanım Olbrayt parlament seçkisində MSK-nın üzərinə böyük yük düşdüyünü qeyd edərək seçkilərin demokratik keçirilməsi üçün hansı işlərin görüləcəyi ilə maraqlanıb.

O, MSK sədrinə seçki komissiyalarının yaradılma qaydası, seçici siyahılarının dəqiqləşdirilməsi, seçici vəsiqələri, yerli icra hakimiyyəti orqanlarının məntəqə seçki komissiyalarının işinə müdaxiləsi və digər məsələlər haqqında suallar verib.

MSK sədri demokratik seçki keçirmək əzmində olduqlarını vurğulayaraq bildirib ki, bu istiqamıtdə əlimizdən gələni edirik.

Qonağın suallarını ətraflı cavablandıran M. Pənahov Azərbaycan prezidenti İlham Əliyevin 11 may 2005-ci il tarixli "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" sərəncamında da bu məsələlərlə bağlı konkret tapşırıqlar və tövsiyələrin yer aldığını xüsusi vurğulayıb, həmin sərəncamla MSK-nın üzərinə düşən vəzifələrin icra vəziyyəti barədə məlumat verib.

Qonaq Azərbaycanda müşahidə institutu və ölkəmizdə keçirilən seçkilərdə müşahidəçiliyin həyata keçirilməsi qayadaları və prinsipləri ilə də maraqlanıb. M. Pənahov qonağın suallarına əraflı cavablar verıb.

Xəbər lenti

Xəbər lenti