...

ARİF HACILININ ÜZƏRİNDƏN MƏHKUMLUĞU GÖTÜRÜLDÜ

Siyasət Materials 29 İyul 2005 18:01 (UTC +04:00)

İyulun 29-da Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Rauf Arifoğlunun üzərindən məhkumluqlarının götürülməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib.

Hakim Salman Hüseynovun sədrliyi ilə keçən iclasda Arif Hacılının üzərindən məhkumluğun götürülməsinə dair qərar çıxarılıb.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun şikayətinə isə avqustun 2-də baxılması qərara alınıb. Səbəb kimi bildirilib ki, Məhkəmə Kollegiyası bu barədə fikirləşməlidir.

Qeyd edək ki, Müsavat başqanının hər iki müavini 2003-cü il prezident seçkisindən sonra baş verən hadisələrlə əlaqəlar həbs olunub, bu il prezidentin əfv fərmanı ilə azadlığa çıxıblar.

Xəbər lenti

Xəbər lenti