...

ƏFŞAR SÜLEYMANİ İRANIN AZƏRBAYCANA HÜCUM İMKANI BARƏDƏ EHTİMALI TƏKZİB EDİB

Siyasət Materials 25 Avqust 2005 18:30 (UTC +04:00)

Trend agentliyi bildirir ki, İranın Azərbaycandakı səfiri Əfşar Süleymani ABŞ administrasiyasının bəzi rəsmi nümayəndələrinin İranın Azərbaycana ehtimal edilən hücumuna dair beynəlxalq KİV-də yayılmış bəyanatı "Tam iftira" adlandırıb.

"Belə sözləri yalnız qeyri-sağlam təfəkkürə malik insanlar danışa bilər, normal adam heç bir vaxt belə söz deməz" -deyə səfir bəyan edib. "ABŞ çoxdandır ki, Azərbaycanla İranın arasına dava salmaq istəyir və buna görə də Azərbaycan ərazisi vasitəsilə İrana və ya əksinə hücuma hazırlığa dair zaman-zaman belə cəfəngiyat danışır"-deyə Ə.Süleymani qeyd edib.Bizim ikitərəfli münasibətlərimizin qədim kökləri vardır və bizi bunlardan məhrum etmək heç kimə nəsib olmayacaq.

Xəbər lenti

Xəbər lenti