Azərbaycan hökuməti ABŞ-ın qasırğanın ziyan vurduğu regionlarına $500 min həcmində humanitar yardım ayırıb. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Humanitar yardım "Katrina" qasırğası nəticəsində ABŞ-ın Meksika körfəzi sahilində yerləşən ştatlarında çoxsaylı insan qurbanları və dağıntılar nəzərə alınaraq göstərilib.