...

"AZADLIQ" BLOKU NAMİZƏDLƏRİNİN MALİYYƏSİNİ ÖZ ÜZƏRİNƏ GÖTÜRÜB

Siyasət Materials 3 Sentyabr 2005 14:04 (UTC +04:00)

"Azadlıq" bloku 60 namizədinin təbliğatına maliyyə yardımını öz üzərinə götürüb". Bu barədə Trend agentliyinə radikal mövqedən çıxış edən müxalifətyönlü "Azadlıq" blokunda təmsil olan Azərbaycan Demokrat Partiyasının (ADP) seçki məsələləri üzrə nümayəndəsi, partiya sədrinin müavini Taliyət Əliyev bildirib.

ADP səlahiyyətlisi namizədlərə maliyyə yardımını blokun mərkəzləşdirilmiş fondundan ediləcəyini qeyd edib. Fonda nəzarət bloka daxil olan hər üç partiyanın (ADP, Müsavat və AXCP "islahatçılar") maliyyə-təsərrüfat işlərinə baxan şəxslər tərəfindən həyata keçiriləcək.

T.Əliyev onu da bildirib ki, bloka daxil olan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) "islahatçılar" qanadının seçki məsələləri üzrə səlahiyyətli nümayəndələri - Arif Hacılı və Həsən Kərimovla birgə seçki təbliğatına hazırlıq işlərini müzakirə ediblər.

Müzakirə olunan məsələlərdə blokun emblemini, namizədlərin platforma və plakatlarını hazırlamaq və onları yaymaq əsas götürülüb: "Bunun üçün müəyyən qruplar yaradılıb".

Xəbər lenti

Xəbər lenti