...

İLHAM ƏLİYEV: MƏQSƏDYÖNLÜ İQTİSADİ SİYASƏT AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFINDA KÖKLÜ DƏYİŞİKLİKLƏR ETMƏYƏ İMKAN VERİB

Siyasət Materials 7 Sentyabr 2005 17:19 (UTC +04:00)

"Azərbaycanda son illər ərzində aparılan radikal islahatlar və məqsədyönlü iqtisadi siyasət iqtisadi inkişaf sahəsində köklü dəyişikliklər etməyə imkan verib". Trend in məlumatıfna görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Beynlxalq Sosial Təminat Assosiasiyası tərəfindən təşkil olunmuş "İşçi mühacirlərin sosial müdafiəsi"nə həsr olunmuş iclasın iştirakçılarına sentyabrın 7-də göndərdiyi təbrik məktubunda bildirilib.

Məktubda qeyd olunur ki, makroiqtisadi sabitlik və yüksək iqtisadi inkişaf Azərbaycanın müasir realiyalarıdır. 2005-ci ildə respublikada ÜDM-in artım göstəricisi 20%, 2006-cı ildə 30%-dən çox təşkil edəcək.

Azərbaycan rəhbərliyinin sosial sahədə fəaliyyəti "sosial bazanın ölkənin sabit iqtisadi inkişafının əsas şərti olması" prinsipinə əsaslanır.

Məktubda, həmçinin, 2006-cı ildən başlayaraq Azərbaycanda fərdi uçot prinsipinə əsaslanan üç mərhələli pensiya sisteminin tətbiq olunacağı barədə məlumat verilir.

Xəbər lenti

Xəbər lenti