...

MSK NAMİZƏDLƏRİN TƏŞVİQATI BARƏDƏ TƏLİMATI TƏSDİQ EDİB

Siyasət Materials 7 Sentyabr 2005 19:28 (UTC +04:00)

Sentyabrın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) iczası keçirilib. Trend in məlumatına görə iclasda "Milli Məclisə seçkilər zamanı təşviqat aparılması ilə bağlı Seçki Məcəlləsinin bəzi maddələrinin tətbiqi və seçkilərdə iştirak etmək üçün qeydə alınmış namizədlərə, siyasi partiyalara, onların seçki bloklarına televiziya və radio kanallarında efir vaxtının verilməsi, dövrü nəşrlərdə təşviqat materiallarının dərc edilməsi haqqında" Təlimat təsdiq olundu.

Bundan sonra dairə seçki komissiyaları tərəfindən bir sıra şəxslərin namizədliyinin qeydə alınmamasına görə verilən şikayətlərə baxılıb. Müzakirəyə çıxarılan 4 şikayətin əsaslı olmadığı qərara alınıb və həmin şikayətçilərin barəsindəki qərarlar qüvvədə saxlanılıb. 70 saylı Masallı seçki dairəsindən daxil olan şikayətlərin müzakirəsi mübahisə doğurdu.

MSK katibi Vidadi Mahmudlu, komissiyanın üzvləri Ənvər Ədliyev, Yusif Bağırzadə bildiriblər ki, məhz həmin dairədən xeyli şikayətlər daxil olur. MSK sədrinin müavini Svetlana Qasımova və komissiya üzvləri 70 saylı Masallı seçki dairəsinin nəzarətə götürülməsinin vacibliyini bildiriblər. Həmin dairəyə MSK-nın yoxlama göndərməsi təklifi də səslənib.

MSK üzvü Yusif Bağırzadə baş prokurorun qərarı ilə namizədliyi qeydə alınmış ADP sədri Rəsul Quliyevin toxunulmazlığının ləğv edilməsinin qanun pozuntusu olduğunu diqqətə çatdırıb.

MSK katibi V.Mahmudov da bildirib ki, namizəd qeydə alındıqdan sonra yalnız cinayət başında yaxalansa, həbs edilə bilər, prokurorun isə namizədin barəsində həbs qətiimkan tədbiri seçilməsi barədə qərar vermək səlahiyyəti yoxdur. Bu qərar yalnız məhkəmə tərəfindən çıxarıla bilər. MSK sədri Məzahir Pənahov bu iradlarla razılaşıb və V.Mahmudovun fikirlərinin doğru olduğunu deyib.

İclasda həmçinin seçicilərə paylanacaq bildiriş nümunələri təsdiq olundu. Açıqca formasında hazırlanan bildiriş vərəqələri həm seçkilərə çağırış, həm də vətəndaşların seçkilərlə bağlı maariflənməsinə xidmət edir. Birldiriş vərəqələri artıq dairə seçki komissiyalarına paylanmağa başlayıb, yaxın günlərdə isə onların seçicilərə paylanmasına başlanılacaq.

MSK-nın iclasında bir sıra dairə seçki komissiyalarının tərkibində dəiyşiklilklər edilməsi barədə də qərar çıxarılıb.

Xəbər lenti

Xəbər lenti