...

TÜRKİYƏ PARLAMENTİNİN SPİKERİ "ERMƏNİLƏRİN SOYQIRIMI"NI TANIMIŞ DÖVLƏTLƏRİN PARLAMENTLƏRİNƏ TƏNQİD DOLU MƏKTUB GÖNDƏRİB

Siyasət Materials 8 Sentyabr 2005 14:53 (UTC +04:00)

Türkiyə parlamentinin spikeri Bülent Arınç 1915-ci ildə Osmanlı İmperiyasında "erməni soyqırımı"nı tanımış dövlətlərin parlament sədrlərinin ünvanına tənqid dolu məktub göndərib. Trend Türkiyə KİV-ə istinadən bildirir ki, məktubda Türkiyənin ünvanına ədalətsiz ittihamlarla bağlı "təəssüf və məyusluq" ifadə olunur.

Xarici dövlətlərin parlamentlərinin qərarının Türkiyə parlamentarilərinin kəskin narazılığına səbəb olduğu Birinci Dünya Müharibəsi dövründə baş vermiş faciəli hadisələrin isə dost dövlətlərin parlamentləri tərəfindən birtərəfli qəbul edildiyi xüsusi vurğulanır.

"Ankara İrəvana beynəlxalq elmi komissiya yaratmağı təklif edib və həmin komissiya 1915-ci ilin hadisələrinin həqiqi təsvirini beynəlxalq ictimaiyyətə bildirəcək.

Biz utanmırıq və öz tariximizdən dolayı qorxmuruq, Türkiyəyə və türk xalqına qərəzli münasibət isə yolverilməzdir"-deyə B. Arınç vurğulayıb və o, qeyd edib ki, Türkiyənin arxivləri bütün dünyanın alimləri üçün açıqdır.

Məktub İsveçrə, Slovakiya, Polşa, Livan, Kanada, Argentina, Almaniya, Belçika, Fransa, Hollandiya, İtaliya, Yunanıstan, Uruqvay, İsveç, Rusiya və Venesuelanın parlamentlərinə göndərilib.

Xəbər lenti

Xəbər lenti