...

ƏLİ KƏRİMLİYƏ GÖRƏ YÜRÜŞ -MİTİNQ 30 DƏQİQƏDƏN ARTIQ YUBANDI

Siyasət Materials 10 Sentyabr 2005 18:36 (UTC +04:00)
ƏLİ KƏRİMLİYƏ  GÖRƏ YÜRÜŞ -MİTİNQ 30 DƏQİQƏDƏN  ARTIQ YUBANDI

Azərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyasının sədri Əli Kərimlinin gecikməsi üzündən Bakıda senytabrın 10-na saat 17.00 -a nəzərdə tutulmuş yürüş -mitinq 35 dəqiqə gec başladı.

Trend in məlumatına görə, "20 Yanvar" metro stansiyası yanıdan "Qələbə" meydanına qədər olan yürüş yalnız 18.40-da başlayıb.

Bu günki aksiyanın təşkilatçısı olan AXCP-nın lideri Ə.Kərimlinin gecikdiyini görən "Yeni fikir" Gənqclər Birliyi ümumi sıralardan (şərti olaraq 3 yerə - AXCP-a, "Müsavat"-a və Azərbaycan Demokratik Partiyasına bölünən ) müstəqil şəkildə yürüşüə başlayıblar.

Əyinlərində əsasən narıncı köynəklər olan və əllərində həmin rəngldə bayraqlar tutmuş aksiyanın digər iştirakçıları Ə.Kərimlini gözlədilər və yalnız onun gəlişindən sonra yürüşə başladılar. Bu zaman aksiya iştirakçıları Azərbaycan və ingilis dillərində "İstefa" , "Azad seçkilər" və s. şüarlar səsləndiriblər.

Maraqlıdır ki, "Müsavat" partiyasından olan yürüş iştirakçılarının uniformaları digərlərindən başlarında olan kepkaların sayına görə fərqlənirdi.

Xəbər lenti

Xəbər lenti