...

"MÜSTƏQİL GƏNCLƏR" SEÇKİ BLOKU NAMİZƏDLƏRİN SİYANISINI AÇIQLAYIB

Siyasət Materials 12 Sentyabr 2005 15:29 (UTC +04:00)

"Müstəqil gənclər" seçki bloku bu ilin noyabrın 6-da keçiriləcək parlament seçkisində 57 nəfərin namizədliyini dəstəkləyir. Trend in məlumatına görə, bu barədə blokun sentyabrın 12-də Beynəlxalq mətbuat mərkəzində keçirilən təqdimat mərasimində açıqlama verilib. Blokun həmtəsisçisi Əkpər Qoşalı bildirib ki, 57 nəfərdən yalnız

11 nəfəri blokun öz namizədləridir. Qalan namizədlər isə ayrı-ayrı seçki bloklarına daxil olan və heç bir və ya heç bir siyasi partiya və seçki blokunda təmsil olunmayan şəxslərdir. Ümumilikdə blokun dəstəklədiyi namizədlərin hamısı - 57 nəfər seçkidə bitərəf namizədlər kimi iştirak edir.

Blokun təsisçiləri seçki prosesində bitərəf namizədlərə pulsuz efir vaxtının ayrılmamasına etirazlarını bildiriblər. Blokun həmtəsisçisi Çingiz Bayramov bildirib ki, bitərəf namizədlərin pulsuz təbliğatının təmin olunması üçün digər bitərəf seçki blokları ilə birgə MSK-ya, prezident İlham Əliyevə müraciət ediləcək. Ç.Bayramovun sözlərinə görə, bu məsələ ilə bağlı hətta kütləvi aksiyalar da keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti