...

AVROPA BİRLİYİNİN NÜMAYƏNDƏSİ HEYKİ TALVİTYE MÜXALİFƏT LİDERLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 14 Sentyabr 2005 19:56 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitye sentyabrın 14-də müxalifət liderləri ilə görüşüb. Trend in məlumatına görə, görüşdə "Azadlıq" blokunun təsisçiləri- Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCPR-islahatçılar) sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu, "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət, "Yeni Siyasət" blokunun həmsədri Eldar Namazov və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iştirak ediblər.

Görüşdə əsas müzakirə mövzusu Azərbaycanda qarşıdan gələn parlament seçkisi olub. Ölkədə seçkiöncəsi ictimai-siyasi durum, demokratiya və insan haqları sahəsindəki vəziyyət, Seçki Məcəlləsinin demokratikləşdirilməsi, seçki komissiyalarının poritet əsasda formalaşdırılması, seçki kampaniyası dövründə bütün namizədələr bərabər şərait yaradılması, həmçinin sərbəst toplaşmaq azadlığının təmin olunması ilə bağlı problemlər müzakirəyə çıxarılıb.

Müxalifət liderləri Heyki Talviteyə seçkiöncəsi durum barədə, həmçinin müxalifət düşərgəsinin parlament seçkisinə hazırlığı haqqında məlumat veriblər. Müxalifət liderləri onları narahat edən problemlər, seçki prosesi ərəfəsində yol verilən qanun pozuntularını Avropa Birliyi nümayəndəsinin diqqətinə çatdırıblar.

Xəbər lenti

Xəbər lenti