...

POLŞA PARLAMENT VƏ PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ ETMƏK ÜÇÜN AZƏRBAYCANDAN MÜŞAHİDƏÇİLƏR DƏVƏT ETMƏYİB

Siyasət Materials 17 Sentyabr 2005 12:01 (UTC +04:00)

"Polşa parlament və prezident seçkilərinin gedişini müşahidə etmək üçün Azərbaycandan müşahidəçilər dəvət etməyib". Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Voytsex Quretski bildirib.

Onun sözlərinə görə, seçkilər sentyabrın 25-nə və oktyabrın 9-na təyin olunub. Lakin Polşada bu il monitorinq seçkiləri keçirilməyəcək.

Diplomat təəssüf hissi ilə bildirib ki, AŞ və ATƏT Polşada seçkilərə müşahidəni təşkil etməmək və ora missiya göndərməmək qərarına gəlib.

Diplomat bu qərardan razı qalmayaraq hesab edir ki, heç bir ölkə haqqında orada hər şeyin yüksək səviyyədə olduğunu demək olmaz, hər zaman düzəldilməsi lazım olan detallar var, hətta ABŞ-da və digər inkişaf etmiş demokratik ölkələrdə nəyi isə daha da yaxşılaşdırmaq və demokratiya uğrunda mübarizə aparmaq olar.

Polşa noyabrda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün öz müşahidəçilərini Azərbaycana göndərəcək.

Müşavirin sözlərinə görə, Polşa müşahidəçiləri Azərbaycana həm beynəlxaq missiyaların, ATƏT, AŞ və digər təşkilatların tərkibində, həm də ayrıca olaraq Seymdən gələcəklər.

Xəbər lenti

Xəbər lenti