...

PARLAMENTDƏ AZƏRBAYCAN HAVA YOLLARI DÖVLƏT KONSERNİN SƏHVLƏRİ GÜNDƏMƏ GƏTİRİLİB

Siyasət Materials 20 Sentyabr 2005 17:29 (UTC +04:00)

"Almaniyadan Azərbaycana uçan təyyarə ilə vətənə gələrkən təyyarənin oxu zalında ermənilərin Azərbaycan və Türkiyəyə qarşı qərəz dolu yazılarla nəşr etdikləri jurnalı nəzərdən keçirdik". Trend xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasını təmsil edən millət vəkili Cəmil Həsənli bu barədə Almaniyada keçirilən seçkiləri izləyib sentyabrın 19-da Çexiya hava yolları ilə Azərbaycana dönərkən təyyarənin sərnişin oxu zalında üzləşdiyi bu hadisədən bəhs edib.

Millət vəkili qeyd edib ki, Azərbaycan Hava Yolları Dövlət Konserni xarici kampaniyalarla müqavilə bağlayanda bunu hansı hüquqi çərçivədə həyata keçirir: "Bu ona əsas verirmi ki, Azərbaycana uçan təyyarələrdə sərnişinlər türk millətçiliyinə qarşı təbliğat aparan erməni jurnalları ilə tanış olmaq şansı qazansınlar".

C.Həsənli parlamentin sədrindən Azərbaycan Hava Yolları Dövlət Konsernidən məlum məsələ ilə bağlı izahat tələb olunmasını xahiş etdikdən sonra şəhər nəqliyyatında yaranmış problemlərdən və aztəminatlı təbəqələrə tətbiq olunan kommunal xərclərin ağırlığından danışıb.

Parlamentin sədri Murtuz Ələsgərov bu məsələ ilə bağlı maraqlanacağını söyləyib: "Buna yol vermək olmaz. Məsələni gündəmdə saxlamaq lazımdır. Əgər bu məsələdə "AZAL"-ın səhvi varsa bunu təcili surətdə düzəltməlidir".

Xəbər lenti

Xəbər lenti