...

"AZADLIQ" BLOKU AKSİYA KEÇİRMƏYƏ CƏHD EDİR

Siyasət Materials 25 Sentyabr 2005 16:52 (UTC +04:00)
"AZADLIQ" BLOKU AKSİYA KEÇİRMƏYƏ CƏHD EDİR

Sentyabrın 25-də "Azadlıq" bloku metronun "28 May" stansiyası yaxınlığında, Cəfər Cabbarlı heykəlinin qarşısında icazəsiz aksiya keçirməyə cəhd göstərib.

Trend in məlumatına görə, həmin gün artıq saat 13.00-da metronun ətrafındakı ərazilər polis nəzarətinə götürülüb. Heykəlin ətrafına polis kordonları yerləşdirilib. C. Cabbarlı heykəlinin qarşısındakı "Azadlıq" prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Həmçinin "Azadlıq" prospekti ilə bərabər yaxınlıqdakı M.Füzuli, Ş.Bədəlbəyli, D.Əliyeva küçələrində nəqliyyatın və vətəndaşların gediş-gəlişi məhdudlaşdırılıb. Saat 15.30 radələrində "Azadlıq" prospektinin D.Əliyeva, Ş.Bədəlbəyli, M.Füzuli küçələri ilə kəsişdiyi yerlər polislər tərəfindən tamamilə mühasirəyə alınıb. C.Cabbarlı meydanı dəmir sipərli polislər tərəfindən əhatəyə alınıb.

Xəbər lenti

Xəbər lenti