...

MSK SƏDRİ SEÇKİDƏ "EXİT-POLL" KEÇİRƏCƏK NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 28 Sentyabr 2005 19:07 (UTC +04:00)

Sentyabrın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 6 noyabrda Milli Məclisə seçkilərdə exit poll keçirəcək "PA Consulting Group"un vitse-prezidenti, Direktorlar Şurasının üzvü Din Uaytın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Görüşdə D.Uayt qeyd edib ki, exit-pollun keçirilməsi layihəsi ilə bağlı Prezidentin İcra Aparatının, Mərkəzi Seçki Komissiyasının və siyasi partiyaların təmsilçiləri ilə görüşlər nəzərdə tutulub. Məqsəd exit-polun keçirilməsinə mənəvi dəstək almaqdır. Azərbaycanın spesifikasının yaxşı bildiklərini, əvvəllər də exit-poll keçirdikləri ölkələrdə oxşar vəziyyətlə qarşılaşdıqlarını söyləyən vitse-prezident sözügedən layihənin gerçəkləşdirilməsində çətinlik çəkməyəcəklərini ümid etdiklərini bildirib. O, beynəlxalq praktikanı Azərbaycana gətirdiklərini, bununla belə yerli xüsusiyyətləri nəzərə alacaqlarını diqqətə çatdırıb.

MSK sədri də "PA Consulting Group" kimi nüfuzlu bir qrupun ölkəmizə gəlişindən məmnun olduğunu deyi, onların Azərbaycana köməklik göstərəcəklərinə ümid etdiyini bildirib. M.Pənahov Azərbaycan əhalisinin ümumilikdə savadlı olduğunu, lakin bununla belə exit-polla bağlı maarifləndirmə işinə ehtiyac duyulduğun qeyd edib.

"PA Consulting Group"un rəhbəri seçicilər arasında maarifləndirmə işi aparcaqlarını və bunun üçün bütün vasitələrdən istifadə edəcəklərini diqqətə çatdırıb. O, exit-pol keçirilməsi işinə 3000-ə yaxın yerli sakin cəlb edəcəklərini vurğulayıb. Exit-polun seçkilərlə eyiniləşdirməyin düzgün olmadığını, seçkilərin rəsmi nəticələrini əks etdirmədiyini söyləyən qonaq seçicilərin və namizədlərin etibarını qazanmaqaq üçün şəffaflıq prinsipinə maksimum əməl ediləcəyini söyləyib, bununla belə kimlərinsə yenə narazı qala biləcəklərini istisna etməyib.

MSK sədri ekzit-polun keçirilməsində onlara yardım göstərilməsi barədə aşağı seçki komissiyalarına tövsiyələr verildiyini, yardım göstərməyə də hazır olduqlarını diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti