...

ETİBAR PİRVERDİYEV: BARMEK AZERBAYCAN ÖZ ÖHDƏLİYİNİ YERİƏN YETİRMİR

Siyasət Materials 30 Sentyabr 2005 17:34 (UTC +04:00)

Barmek Azerbaycan şirkəti Azərenerji Səhmdar Cəmiyyəti ilə elektrik enerjisinin alınıb-satılmasına dair bağladığı müqaviləyə görə öz öhdəliyini yerinə yetirmir. Trend in məlumatına görə, bu barədə sentyabrın 30-da Azerenerji SC-nin rəhbəri Etibar Pirverdiyev bəyan edib.

Onun sözlərinə görə, indiyə kimi Barmek Azerbaycan şirkətinin SC-ə olan borcu 1,5 trlyn. manatı (326,8 milyn. dolları) keçir. "Şirkət həmçinin avqust ayında alınmış elektrik enerjisinin haqqını ödəməyib. Barmek Azerbaycan bizdən 62 milyard manatlıq ($13,5 milyn.) elektrik enerjisi alıb və 90 milyard manata ($19,6 milyn.)satıb", - deyə o bildirib.

E.Pirverdiyev həmçinin bildirib ki, Barmek Azerbaycan texniki itkilərin azalması üzrə öz öhdəliklərini də yerinə yetirmir.

"Problemin həll olunması üçün Nazirlər Kabinetinə müraciət etmişik və müvafiq tədbirlərin görüləcəyini gözləyirik. 2006-cı ilin yanvarından Barmek Azerbaycan Bakının elektrik enerjisi ilə təchizatı üçün alınan enerjinin haqqını 100% ödəməlidirvə ötən illər üçün olan borcları qaytarmağa başlamalıdır ", - deyə E.Pirverdiyev bildirib.

Barmek Azerbaycan şirkətindən Trend ə bildiriblər ki, yanvar-avqust aylarında şirkət Azerenerji SC-nə 307,408 milyard manat ($67,4 milyn.) məbləğində vəsait ödəyib ki, bu da "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" idarələri ilə bağlanmış müqaviləyə uyğun olaraq alınmış elektrik enerjisinə görə məbləğin müvafiq olaraq 75% və 35% -ni təşkil edir.

Şirkətdən həmçinin, avqust ayına görə də alınan elektrik enerjisinin haqqı ödənildiyi bildirilib. " Azereneji-nin vəsaitlərini şirkət nəqd yolla tam şəkildə (müqaviləyə uyğun olaraq) ödəyib. Avqust ayına görə alınan elektrik enerjisinə görə ödəmələrin həcmi 40,228 milyard manat təşkil edir", - deyə Barmek Azerbaycan şirkətindən bildiriblər.

Xəbər lenti

Xəbər lenti