...

"AZADLIQ" BLOKU BAKIDA ÜMUMRESPUBLİKA MİTİNQİ KEÇİRƏCƏK

Siyasət Materials 7 Oktyabr 2005 18:16 (UTC +04:00)

"Azadlıq" blokunun Sədarlər Şurasının oktyabrın 7-də iclası keçirilib. Trend in məlumatına görə, iclasda müzakirə olunan məsələlərlə bağlı Müsavat Partiyasının başqanı İsa Qəmbər keçirdiyi mətbuat konfransında məlumat verib.

O, bildirib ki, blok liderlərinin ölkənin qərb bölgələrinə səfərlərinin, Qazax, Ağstafa, Gədəbəy, Şəmkir rayonlarında seçicilərlə görüşünün nəticələri müzakirə olunub. İsa Qəmbərin sözlərinə görə, bölgələrdə seçicilərlə görüşlərə maneçiliklər yaradılıb, əhalinin mitinq keçirilən meydana gəlməsinin qarşısının alınması üçün ora gedən yollar bağlanıb, hətta taksi sürücülərinə hə həmin gün işləməmələri tapşırılıb. İ.Qəmbər bildirib ki, bütün bu süni əngəllərə baxmayaraq görüşləri baş tutub və uğurlu alınıb. "Azadlıq" bloku liderlərinin bölgələrə növbəti səfərləri barədə qərar qəbul etdiklərini deyən İ.Qəmbərin sözlərinə görə, yaxın günlərdə bu barədə dəqiq açıqlamalar veriləcək. Müsavat başqanı onu da deyib ki, "Azadlıq" bloku Bakıda ümumrespublika mitinqi keçirməyi nəzərdə tutub. Həmçinin Azərbaycanın bütün bölgələrinə səfərlər planlaşdırılır.

Müsavat başqanı ABŞ Dövlət Deparlamentinin Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin olunmasının vacibliyi barədə açıqlamasına da toxunub. O, Dövlət Departamentinin də təklif etdiyi dialoq məsələsinə hazır olduqlarını deyib, əlavə edib ki, hakimiyyətlə müxalifət arasında danışıqlar cəmiyyət üçün gərəklidir və daimi xarakter almalıdır.

İ.Qəmbər həmçinin 9 oktyabrda "Azadlıq" blokunun özünün təklif etdiyi meydanlardan birində aksiya keçirmək əzmində olduğunu diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti