...

Elmar Məmmədyarovun Misirə səfəri ilə bağlı hesabat açıqlanıb

Siyasət Materials 26 Oktyabr 2005 21:00 (UTC +04:00)

Azərbaycan Respublikasmm xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Əbu Əl-Ğeytin dəvəti ilə bu il oktyabr ayının 15-17-də Misirə səfər edib. Səfərin ilk günü nazir E. Məmmədyarov öz misirli həmkarı Əhməd Əbu Əl-Ğeyt ilə görüşüb və danışıqlar aparıb. Görüş zamanı siyasi və iqtisadi əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Misir əməkdaşlığı, Yaxın Şərq və bölgədəki vəziyyət, beynəlxalq təhlükəsizlik və ölkələrimiz arasındakı əlaqələrin perspektivləri barədə geniş fıkir mübadiləsi aparılıb. Görüş zamanı, həmçinin, Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında geniş fikir mübadiləsi aparılıb, münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyü prinsipinin zəruriliyi vurğulanıb.

Mövcud iqtisadi münasibətlərlə bağlı aparılan müzakirələr zamanı Misir tərəfı Azərbaycanda neft və neft avadanlığı sahələrinin böyük və müasir təcrübəyə malik olduğunu qeyd etmiş və Misirin bu təcrübədən faydalanacağına ümid etdiyini bildirib.

Sonra nazirlər Azərbaycanın və Misirin iş adamları arasında birgə biznes forumlarm keçirilməsi fıkrini xüsusi dəstəkləmiş, cari ilin dekabr ayında Qahirədə hər iki ölkənin iqtisadiyyat sahəsinə başçılıq edən Naziriərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan Müştərək Hökumətlərarası İqtisadi və Elmi-Texniki Komisyanın növbəti toplantısnın uğurlu olacağma ümid etdiklərini bildiriblər.

Azərbaycanın iştirakı ilə bölgədə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu və TRASEKA kimi nəhəng iqtisadi layihələr həyata keçirildiyini diqqətə çatdıran nazir ölkəmizdə Misirin TRASEKA layihəsinə müşahidəçi qismində qoşulmaq istəyinin dəstəkləndiyini diqqətə çatdırıb.

Xarici işlər naziri Elmar Məmmədyarov səfərini oktyabr ayının 16-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti