...

Bolqar müşahidəçiləri ATƏT-in müşahidəçilərinn seçkilərlə bağlı qeyri-obyektiv hesabat verməkdə ittiham edib

Siyasət Materials 8 Noyabr 2005 15:16 (UTC +04:00)

6 noyabr parlament seçkilərini müşahidə etmiş Bolqarıstan muşahidə missiyasının nümayəndələri ATƏT-in müşahidəçilərinn seçkilərlə bağlı qeyri-obyektiv hesabat verməkdə ittiham edib. Noyabrın 8-d ə fəaliyyətlərinə dair hesabat konfransı keçiriblər. Trend xəbər verir ki, bolqar müşahidəçilərini bu barədə fikirlərini noyabırn 8-də keçirdikləri mətbuat konfransında açıqlayıblar.

Bolqarıtsan müşahidə missiyasının rəhbəri İlya Bojinov bildirdi ki, ATƏT-in müşahidəçilərinin seçki məntəqələrində müşahidə etdikləri faktlar ATƏT missiyasının rəhbərliyinin elan etdiyi hesabatla üst-üstə düşmür. Bolqar ekspertinin fikrincə, ATƏT müşahidəçilərinin həqiqi fikirləri heç də sonda hesabatida əksini tapmayıb.İ.Bojinovuın sözlərinə görə, noyabrın 7-də mətbuat konfransı keçirərək öz müşahidələrinpn nəticəsini açıqlayan ATƏT nuümayəndələri bu hesabatda qeyri-obyektivliyə, uyğunsuzluğa yol veriblər.

Bolqar müşahidə missiyasının digər nümayəndəsi Vasiliy İliçev isə iddia edib ki, ATƏT özünün xüsusi ssenarisi əsasında seçkirlərin nəticələri ilə bağlı belə bir hesabatla çıxış edib. Onun sözlərinə görə, ATƏT seçkidə 40-dan dairədə qanun pozuntuları , saxtakarlıqlar barədə fikirlər səsləndirməklə müxalifətə siqnal vermək istəyir. "Onlar seçkilərin nəticələrinin pis olduğunu bəyan edirlər ki, sonra burada inqilab baş versin. ATƏT bu ssenarisini başqa ölkələrdə də həyata keçrib"- deyə bolqar eksperti vurğulayıb.

Bolqarıstanla müşahidəçilər ATƏT nümayəndlələrinin 40-dan çox dairədə saxtakarlıq olması barədə səsləndirdiyi fikirlərə şübhə ilə yanaşdıqlarını, onların həqiqiliyinə əmin olmadıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti