...

Azərbaycanın ABŞ-dakı səfiri: Prezident İlham Əliyev Azərbaycanda özünün demokratik prosesləri irəlilətmək niyyətini nümayiş etdirdi

Siyasət Materials 8 Noyabr 2005 18:09 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycanda demokratik prosesləri davam etdirmək barədə öz niyyətini aydın şəkildə nümayiş etdirdi, Azərbaycan hökuməti isə parlament seçkilərinin ölkənin gələcək inkişafında əhəmiyyətli irəliləyiş olması üçün ciddi addımlar atıb. Trend in məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayevin bəyanatında bildirilir.

Səfir qeyd edib ki, Azərbaycan rəhbərliyinin səyləri, o cümlədən, deputatlığa namizədlərə pulsuz efir vaxtının ayrılması, sərbəst toplaşma azadlığının təmin edilməsi, noyabrın 7-də ATƏT-in ilkin hesabatında əksini tapmış səs vermə günü barmaqların mürəkkəbə batırılması üsulunun tətbiqi öz müsbət nəticələrini verib. "Mən səsvermə prosesinin dinc və demokratik şəraitdə geniş beynəlxalq monitorinqin iştirakı ilə keçirilməsindən məmnunam", -deyə səfir qeyd edib.

Bu zaman diplomat qeyd edib ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyev bazar ertəsi yerli televiziya ilə öz çıxışında bəyan edib ki, "6 noyabr 2005-ci ildə azərbaycanlı seçicilər öz iradəsini açıq ifadə etdi və demokratik formada öz deputatına səs verdi". Bununla yanaşı, prezident Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan bütün şikayətlərin dərhal və ətraflı şəkildə araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi barədə göstərişverib.

Diplomat ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi sorğunun nəticələri 85 % MSK-nın elan etdiyi seçkilərin ilkin nəticələri ilə üst-üstə düşdüyünü bildirib və mübahisəli məntəqələrdə səslərin yenidən hesablanmasının və ya seçkilərin yenidən keçirilməsinin mümkünlüyünü qeyd edib.

"Demokratiya tədricən inkişaf edən prosesdir. ABŞ-da 200 ildən artıq bir müddətdə inkişaf edən bu proses bizcə 10 ildən azacıq artıq bir dövrdə inkişaf edir. Prezident İlham Əliyev ölkədə demokratik proseslərin irəliləməsi niyyətini aydın şəkildə nümayiş etdirdi", - deyə H.Paşayev bildirib.

Xəbər lenti

Xəbər lenti