...

"Yeni Siyasət" blokunun deputat seçilən iki üzvü mandatlarından imtina etməyəcək

Siyasət Materials 11 Noyabr 2005 19:56 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokundan seçkilərdə qələbə qazanan Əli Məsimov və Vahid Əhmədov mandatlarından imtina etməyəcəklər". Bu barədə Trend ə Əli Məsimov bildirib.

Ə.Məsimov bildirib ki, onlar bəzi şəxslər kimi əvvəlcə mandatlarından imtina edəcəkləri barədə bəyanat verib sonradan parlamentdə əyləşən millət vəkillərindən deyillər: "Bizim müstəqil fikrimiz, müstəqil mövqeyimiz var. Deputat mandatını bizə heç bir qurum verməyib ki, əlimizdən də alsın".

Ə.Məsimov onu da qeyd edib ki, noyabrın 11-də adıçəkilən blokun Koordinasiya Şurasında onların parlamentdə təmsil olunması məsələsi müzakirə edilib: "Koordinasiya Şurasının üzvləri bizi təbrik ediblər. Təmsil olunduğumuz blokun səs qazanmayan digər namizədlərinin isə seçki saxtakarlığına qarşı apardığı mübarizəsinə dəstək veririk".

Qeyd edək ki, Ə.Məsimov 112 saylı Şəki şəhər, V.Əhmədov isə 52 saylı Quba seçki dairəsində qələbə qazanıblar.

Xəbər lenti

Xəbər lenti