...

Azərbaycan parlamentariləri QİƏPA-nın növbəti sessiyasında iştirak edəcək

Siyasət Materials 19 Noyabr 2005 14:19 (UTC +04:00)

Azərbaycan parlamentariləri Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatının Parlament Assambleyasının (QİƏPA) noyabrın 23-24-də Tiranada (Albaniya) keçiriləcək növbəti sessiyasında iştirak edəcək.Bu barədə Trend ə QİƏPA-nın təhsil və mədəniyyət komitəsinin sədri, Azərbaycanın hazırkı Milli Məclisinin deputatı Şaitdin Əliyev bildirib.

Sessiyanın gündəliyinə Qara dəniz hövzəsi ölkələrində elmin inkişafında QİƏPA-nın rolu, Qara dəniz regionu ölkələri arasında münasibətlərin inkişafında milli parlamentlərin rolu və digər bu kimi məsələlər daxildir. Azərbaycan parlamentarilərinin nümayəndə heyətinə Ş.Əliyev rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti