...

Almaniyanın Azərbaycandakı səfiri ölkəsindəki hakimiyyət dəyişikliyindən sonra da hər iki dövlət arasında qarşılıqlı münasibətlərin inkişaf edəcəyinə əmindir

Siyasət Materials 22 Noyabr 2005 17:29 (UTC +04:00)

"Əminəm ki, Almaniyada hakimiyyət dəyişikliyindən sonra Azərbaycanla Almaniya arasında qarşılıqlı münasibətlər daha da inkişaf edəcək və dərinləşəcək". Bu barədə Trend ə eksklüziv olaraq Almaniyanın Azərbaycandakı səfiri Detlef Linqeman bildirib.

"Almaniya-Azərbaycan münasibətlərini siyasi, iqtisadi və mədəniyyət sahələrində sıx əməkdaşlıq səciyyələndirir", - deyə səfir qeyd edib. Onun sözlərinə görə, Almaniyanın xarici siyasəti etibarlılığı və məntiqliliyi ilə fərqlənir.

Diplomat bu münasibətlərin Almaniyanın yeni kanslerinin dövründə də inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti