...

423 seçki məntəqəsinin nəticəsini MSK, 37-sini DSK ləğv edib

Siyasət Materials 24 Noyabr 2005 11:31 (UTC +04:00)

Ölkə üzrə nəticələri ləğv olunmuş 460 seçki məntəqəsindən 37-sinin protokolları Dairə Seçki Komissiyası, 423-ü isə Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv olunub. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev məlumat verib.

İ.Babayev bildirib ki, MSK-nın www.infocenter.gov saytında nəticələri ləğv olunan məntəqələr artıq siyahıdan çıxarılıb. Saytda 125 seçki dairəsinin hər birinin qarşısında onun ümumi məntəqələrinin sayı göstərilib. Lakin 19 seçki dairəsinin ümumi məntəqələrinin sayının qarşısında nəticələri etibarlı olan məntəqələrin sayı da göstərilib. İqbal Babayev bildirib ki, 19 seçki dairəsinin məntəqələrinin sayının azalması həmin dairələr üzrə yekun nəticəyə, yəni qalib gəlmiş namizədin birinciliyinə təsir göstərmir.

Xəbər lenti

Xəbər lenti