...

Mətbuat Şurası İdarə Heyətinin yığıncağı keçirilib

Siyasət Materials 30 Noyabr 2005 18:16 (UTC +04:00)

Naxçıvanda Mətbuat Şurasının yığıncaqı keçirilib. İclasda Şura üzvləri arasında vəzifə bölgüsü aparılıb, gələcək işlər məyyənləşdirilib. Trend in məlumatına əsasən , peşə səviyyəısini artırmaq və davranış mədəniyyətini yüksəltmək, peşələrinə yaxşı yiiyələnmək üçün gənc jurnlistlərə kömək məqsədilə görüləcək işlər müzakirə edilib.

Yığıncaqda ərizə və şikayətlərə baxılıb. Muxtar Respublikanın mətbuat tarixini öyrənmək və kitabça halında nəşr olunması, şəhər və rayonlarda nəşr olunan qəzetlərin işi barədə danışılıb. Qəzetlərin abunə yazılışında fərqin olması, onların oxuculara vaxtında çatdırılmaması qeyd olunub. Şuranın sədri Fərəc Fərəcov çıxışı ilə yığıncağa yekun vurub.

Xəbər lenti

Xəbər lenti