...

Azərbaycanın xarici işlər naziri Ukraynadadır

Siyasət Materials 1 Dekabr 2005 16:07 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Demokratik seçki cəmiyyəti" beynəlxalq forumunda iştirak etmək üçün Ukraynadadır. Bu barədə Trend ə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

İki gün davam edəcək tədbirdə 13 ölkənin prezident və nümayəndələri, həmçinin, demokratik seçki cəmiyyəti Avropa beynəlxalq təşkilatlarının liderləri iştirak edir. Bundan başqa, Moldviya prezidenti Vladimir Voronin, Litva prezidenti Valdas Adamkus, Rumıniya prezidenti Trayan Besesku, Gürcüstan prezidenti Mixail Saakaşvili, Estoniya prezidenti Arnold Ryuytel, Sloveniya prezidenti Yanez Drnovşek, Makedoniya prezidenti Branko Srvenskovski, Latviya prezidenti Vayra Vike-Freyberq və Bolqarıstanın vitse-prezidenti Anqel Martin də Kiyevə gələcək.

Tədbirdə, həmçinin, Avropa Şurasının baş katibi Terri Devis, ATƏT-in baş katibi Mark Perren de Brişambo, Polşa senatının sədri Boqdan Boruseviç, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.

Dekabrın 2-də keçiriləcək forumun plenar iclasında Ukrayna prezidenti Viktor Yuşenkonun çıxışı gözlənilir.

Xəbər lenti

Xəbər lenti