...

İsrail səfiri Gəncədə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediləcək

Siyasət Materials 6 Dekabr 2005 16:09 (UTC +04:00)
İsrail səfiri Gəncədə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediləcək

Kənd təsərrüfatı sahəsində Azərbaycan-İsrail əməkdaşlığının inkişafı məsələləri İsrailin Bakıdakı səfiri Artur Lenkin Azərbaycanın ikinci böyük şəhəri Gəncədə müzakirə olunacaq. Trend in müxbiri ilə söhbətində A. Lenk deyib: " Mən Azərbaycanın regionları ilə daha yaxından tanış olmaq istəyirmə və kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etmək istəyirəm", -deyə İsrail diplomatı bildirib və Azərbaycanın Kənd Təsərrüfatı Akademiyasının tələbələri qarşısında məruzə ilə çıxış edəcəyini xüsusi qeyd edib.

Qeyd edək ki, dekabrın 8-də başlayacaq iki günlük səfər gedişində diplomat Gəncə ictimaiyyətinin nümayəndələri ilə görüşü keçiriləcək və şəhərin diqqətəlayiq yerləri ilə tanış olacaq. Azərbaycan şairi Nizami Gəncəvinin mavzoleyinə, Xan Sarayına, Cavad Xanın məzarına səfər ediləcəyi planlaşdırılır.

Səfirlikdən bildirpilib ki, Gəncəyə çoxdan planlaşdırılan bu səfər səfirin regional səfərlərinin bir hissəsi kimi həyata keçirilir.

Səfər A. Lenkin Gəncə şəhərinin İcra hakimi Eldar Əzizovla görüşlə başlayacaq və bundan sonra jurnalistlərlə görüşün keçirilməsi planlaşdırılıb.

İsrail diplomatı Azərbaycanın Kənd Təsərrüfatı Akademiyasında "İsrailin kənd təsərrüfatı sektorunun təcrübəsi" adlı məruzə ilə çıxış edəcək. Sonra səfir respublikada ən iri İstixana zonasına baxacaq. Eləcə də, səfirin Gəncə Aqrobiznes Assosiasiyasının nümayəndələri ilə də görüşü gözlənilir.

Dekabrın 9 -da Bakıya qayıdarkən səfir yolüstü respublikanın Xanlar rayonuna da baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti