...

Fuad Əliyev: "İsgəndər Həmidov ALDP-nin adından istifadə etdiyinə görə cavab verməli olacaq"

Siyasət Materials 9 Dekabr 2005 10:55 (UTC +04:00)

"İsgəndər Həmidov Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) adından sui-istifadə etdiyinə görə bizə cavab verməli olacaq". Bu barədə Trend ə ALDP sədri Fuad Əliyev bildirib.

Qeyd edək ki, dekabrın 9-da Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov dekabrın 11-də mitinq-yürüş keçirməklə bağlı qərar qəbul edib. Qərarda ALDP-nin də mitinq keçirməklə bağlı razılığı göstərilib.

F.Əliyev isə qeyd edib ki, bir vaxtlar Azərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyasının sədri Əli Kərimov ALDP-nin adını mitinqlərdə hallandırırdı. İndi də İsgəndər Həmidov estafeti davam etdirir: "Rəhbərlik etdiyim partiya İsgəndər Həmidovun keçirdiyi aksiyalarda iştirak etməyib və bundan sonra keçirmək istədiyi mitinqə qatılmayacaq. ALDP-nin adından istifadə edib anlaşılmazlıq və partiyalar arasında qarşıdurma yaratmağa cəhd göstərdiyinə görə bizə cavab verməli olacaq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti