...

Məşvərət Məclisi ümumilli lider Heydər Əliyevin vəfatının ikinci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb

Siyasət Materials 9 Dekabr 2005 13:17 (UTC +04:00)

İqtidaryönlü partiyaların Məşvərət Məclisi ümumilli lider Heydər Əliyevin vəfatının ikinci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb. Bu barədə Trend ə Məşvərət Məclisinin sədri Məmməd Əlizadə bildirib.

M.Əlizadə qeyd edib ki, quruma daxil olan 15 partiya ayrı-ayrılıqda öz qərargahlarında ümumilli liderin vəfatının ikinci ildönümünü qeyd edəcək: "Məşvərət Məclisi isə dekabrın 12-də Bakının ali məktəblərinin birinin akt zalında "Azərbaycan və Heydər Əliyev" mövzusunda elmi-praktiki konfrans keçirəcək".

Sədr onu da qeyd edib ki, tədbirin təşkilatçısı Respublikaçılar Partityasıdır: "Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Sabir Tarıverdiyev isə "Gülgün" sarayında ümumilli liderimizin ruhuna ehsan verəcək".

Xəbər lenti

Xəbər lenti