...

Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvadadır

Siyasət Materials 26 Dekabr 2005 11:10 (UTC +04:00)

Azərbaycanın Milli Məclisinin sədr müavini Valeh Ələsgərovun rəhbərlik etdiyi parlamentin nümayəndə heyəti Rusiya Federasiyasında Azərbaycan İli ilə əlaqədar keçirilən son tədbirlərdə iştirak etmək üçün Moskvada səfərdədir. MM-in mətbuat xidmətindən Trend ə verilən məlumata görə, əsas tədbir dekabrın 26-na təyin edilib.

Nümayəndə heyətinin tərkibinə parlamentin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə, insan haqları daimi komissiyasının sədri Rəbiyət Aslanova, deputatlar Elmira Axundova və Mixail Zabelin daxildir.

Səfər zamanı nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub.

Səfər dekabrın 27-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti