Trend in xəbər verdiyi kimi, prezident İlham Əliyev "İnzibati icra haqqında" AR Qanununun tətbiqi barədə fərman imzalayıb.
Fərmanda bildirilir ki, "İnzibati icra haqqında" Qanunun icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinə 3 ay ərzində qüvvədə olan qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlayaraq prezidentə təqdim etmək, həmçinin, Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanlarına normativ aktların bu qanuna uyğunlaşdırılması, onun pozulması ilə əlaqədar məsuliyyət növləri haqqında qanun layihəsi hazırlamaq tapşırılır.
"Müəyyən icra hakimiyyəti orqanları"nın vəzifələrini Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları icra edir.
Fərman dərc olunduğu gündən qüvvəyə minir.