...

Tahir Tağızadə: Azərbaycan və Ermənistan XİN başçıları prezidentlərin məqsədəuyğun görüşünü müəyyən edəcək

Siyasət Materials 11 Yanvar 2006 12:58 (UTC +04:00)
Tahir Tağızadə: Azərbaycan və Ermənistan XİN başçıları prezidentlərin məqsədəuyğun görüşünü müəyyən edəcək

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyan yanvarın 18-19-da Londonda görüşəcək. AR XİN-in mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə Trend ə bildirib ki, görüş Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Praqa prosesi çərçivəsində keçiriləcək.

Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün əsas məqsədlərindən biri münaqişə ölkələri prezidentləri - İlham Əliyev və Robert Köçəryanın məqsədəuyğun görüşünün müəyyən edilməsidir. XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, prezidentlərin görüşü müvafiq zəmin yarandıqda keçirilir, buna görə də nazirlərin tapşırığına həm də belə bir görüşün məqsədəuyğunluğunun müəyyən edilməsi daxildir.

T.Tağızadə həm də bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin yanvarın ikinci yarısında regiona planlaşdırılan səfəri barədə məlumatı yoxdur. Onun sözlərinə görə, Azərbaycan XİN-də belə bir məlumat yoxdur.Xatırladırıq ki, bu günlərdə Ermənistanın XİN başçısı V.Oskanyan vasitəçilərin regiona qarşıdakı səfəri barədə bəyanatla çıxış etmişdi.

Xəbər lenti

Xəbər lenti