...

Novruz Məmmədov: "Karl de Quxtla Dağlıq Qarabağ münaqişəsinə dair geniş fikir mübadiləsi aparılacaq"

Siyasət Materials 17 Yanvar 2006 12:03 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Karl de Quxtun Azərbaycana səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına dair geniş fikir mübadiləsi aparılacaq. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycan prezidentinin icra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib.

"Biz bir çox ölkələrin və beynəlxalq təşkilatların rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına yaxından maraq göstərməsindən çox razıyıq. Biz istəyirik ki, dövlət və təşkilatların bu marağı tələbə çevrilsin", - deyə N.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, K.Quxtun ATƏT-in fəaliyyətdə olan həmsədri postuna seçildiyi ay Azərbaycana səfəri əlamətdar hadisədir. "Hesab edirəm ki, onların münaqişənin sülh yolu ilə nizama salınmasına ümidləri, belə mövqedən çıxış etmə problemin həlli işinə imkan verməli, öz təsirini göstərməlidir. Biz bunu müsbət qiymətləndiririk", - deyə N.Məmmədov bildirib. O əlavə edib ki, münaqişə ilə bağlı ATƏT-in daha qəti mövqe tutması məqsədilə Bakıda müzakirələr aparılacaq.

K.Quxt yanvarın 25-də Azərbaycana tanışlıq xarakterli səfər edəcək.

Xəbər lenti

Xəbər lenti