...

Türkiyə prezidentinin Azərbaycana səfərinin tarixi hələ məlum deyil

Siyasət Materials 25 Yanvar 2006 16:13 (UTC +04:00)

Türkiyə prezidenti Əhməd Necdət Sezərin Azərbaycana təxirə salınmış rəsmi səfərinin tarixi hələ məlum deyil. Bu barədə Trend ə Türkiyənin prezident administrasiyasının mətbuat xidmətindən (Çankaya) məlumat verilib.

Türkiyə prezidenti Bakıya yanvarın 25-26-da səfər etməli idi. Lakin yanvarın 24-də günün ikinci yarısında səfərin başqa vaxta keçirilməsi haqqında qərar qəbul edilib.

Yanvarın 24-də Ə.N.Sezər prezident İlham Əliyevə zəng edərək təəssüflə Türkiyədə və Azərbaycanda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar səfəri təxirə saldığını bildirib.

"Prezidentin səfəri 2006-cı ilin yanvarında baş tutacaqmı?" sualına cavab olaraq mətbuat xidmətindən bildiriblər ki, "dəqiq tarix sonra açıqlanacaq".

Xəbər lenti

Xəbər lenti