...

Andres Herkel: AŞPA-nın Azərbaycan üzrə seçkiqabağı missiyasının tərkibi hələlik formalaşdırılmayıb

Siyasət Materials 30 Yanvar 2006 16:41 (UTC +04:00)

AŞPA-nın Azərbaycan üzrə seçkiqabağı missiyasının tərkibi və bu missiyanın Bakıya səfər tarixi hələlik müəyyən edilməyib. Yanvarın 30-da bu barədə Trend ə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bildirib.

"Hər halda biz Bakıya təkrar seçkilər gününədək (13 may 2006-cı il - Trend ) gələcəyik"-deyə A. Herkel hollandiyalı parlamentari Leo Platvoyetin başçılıq etdiyi missiyanın əvvəlki tərkibinin saxlanılması imkanını istisna etmədən qeyd edib.

"Hesab edirəm ki, məndən başqa, qrupa Azərbaycan üzrə digər həmməruzəçi Andres Qross və Leo Platvoyet də qatılacaq"-deyə həmməruzəçi bildirib.

Xəbər lenti

Xəbər lenti