...

Müsavat Partiyası millət vəkili Aynur Camalqızının partiyaya bərpası ilə bağlı məsələsinə bu gün baxacaq

Siyasət Materials 1 Fevral 2006 14:42 (UTC +04:00)

"Millət vəkili Aynur Camalqızının Müsavat Partiyasına bərpası ilə bağlı məsələ bu gün partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) iclasında baxılacaq". Bu barədə Trend ə MNTK-nın sədri İbrahi İbrahimli bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının üzvü olan A.Camalqızı 2005-ci il 6 noyabr parlament seçkilərində müstəqil şəkildə iştirak etdiyinə görə partiya sıralarından xaric edilib. Bununla bağlı A.Camalqızının Səbail Rayon Məhkəməsinə iddia ərizəsi təmin edilərək partiya sıralarına bərpa edilməsi barədə qərar çıxarılıb. Lakin onun Müsavat Partiyasının rəhbərliyi ilə razılaşmadan atdığı addımların araşdırılması MNTK-na həvalə edilib.

İ.İbrahimli bildirib ki, məsələ ilə bağlı araşdırmalar yekunlaşıb və MNTK-nın bu gün keçirəcəyi toplantısında müzkirə olunacaq: "Ola bilsin ki, qəbul edəcəyimiz qərar ictimaiyyətə sonradan çatdırılsın". Qeyd edək ki, məsələ araşdırılmaq üçün yanvarın 18-dən komissiyanın Səbail rayon təşkilatının kuratoru Məzahir Məmmədliyə tapşırılmışdır.

Xəbər lenti

Xəbər lenti