...

Fevralın 9-da vakant hakim yerlərinə hakim olmayan namizədlərin şifahi imtahanı yekunlaşacaq

Siyasət Materials 8 Fevral 2006 12:56 (UTC +04:00)

Fevralın 9-da vakant hakim yerlərinə hakim olmayan namizədlərin şifahi imtahanı yekunlaşacaq. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsinin (HSK) sədri İman Nağıyev məlumat verib.

"Fevralın 7-də qədər 68 namizəddən 48-i şifahi imtahan suallarını cavablandırıb. Bu günsə növbəti 10 namizəd imtahan verir. Suallar mülki və cinayət hüququ ilə bağlıdır", - deyə İ.Nağıyev bildirib.

Komitə sədri onu da qeyd edib ki, cavablara verilən qiymətlər HSK-nın növbəti iclasında açıqlanacaq. Hansı namizədlərin növbəti mərhələyə keçməsi ilə bağlı məlumat HSK-nın internet saytına yerləşdiriləcək və mətbuatda dərc olunacaq.

Xəbər lenti

Xəbər lenti