...

Müsavat Partiyası MSK-ya püşkatma yolu ilə nümayəndə göndərməyəcək

Siyasət Materials 14 Fevral 2006 18:13 (UTC +04:00)

Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasına (MSK) püşkatma yolu ilə nümayəndə göndərilməsi prosuduru ilə razılaşmayacaq. Bu barədə Trend ə Müsavat Partiyası başqanının müavini Arif Hacılı məlumat verib. O, bildirib ki, partiya seçki komissiyalarının poritet əsasda formalaşdırılması tələbində israrlıdır. Parlamentdə azlıqda qalan partiyalar arasında püştatma yolu ilə MSK-ya nümayəndə göndərilməsi isə Müsavat Partiyasını qane etmir.

"Biz hesab edirik ki, bu partiyalar arasında mexaniki bərabərlik qoyulması düzgün deyil. Parlamentdə təmsil olunan və olunmayan partiyalar poritet qaydada MSK-ya nümayəndə təqdim etməlidirlər. Bunun ATƏT, Avropa Şurasının Venesiya Komissiyası da tələb edir. Mənim fikrimcə, yaxın günlərdə hakimiyyət nəhayət, seçki komissiyalarını siyasi qüvvələr arasında poritet əsaslarla formalaşdırmağa məcbur qalacaq"-deyə Arif Hacılı bildirib.

Müsavat funksioneri onu da deyib ki, bu partiya təkrar seçkidə 10 seçki dairəsinin hər birindən namizəd irəli sürəcək. Gələn həftə artıq həmin namizədlər dairə seçki komissiyalarına müraciət edəcəklər.

Xəbər lenti

Xəbər lenti