...

Azərbaycan məhkəmələrində vakant hakim yerlərinə imtahanın növbəti mərhələsində 68 namizəddən 56-sı uğur qazanıb

Siyasət Materials 17 Fevral 2006 17:24 (UTC +04:00)

Fevralın ilk ongünlüyündə keçirilmiş Azərbaycan məhkəmələrində vakant hakim yerlərinə imtahanın növbəti mərhələsində 68 namizəddən 56-sı uğur qazanıb. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev məlumat verib.

"Şifahi imtahanda 68 namizəd iştirak edib. Suallar mülki və cinayət hüququ sahəsini əhatə edib. Namizədlərdən 56-sı sualları yüksək səviyyədə cavablandırıb və nəzərdə tutulmuş balları qazana bilib. Digər 12 namizəd isə növbəti mərhələyə vəsiqə qazana bilməyib" - deyə İ.Nağıyev bildirib.

HSK sədri artıq imtahanın üç mərhələsinin geridə qaldığını, yaxın gələcəkdə isə namizədlər üçün tədris kurslarının təşkil olunacağını söyləyib. Tədris mərhələsi başa çatdıqdan sonra namizədləri daha bir imtahan gözləyir.

HSK sədrinin sözlərinə görə, məhkəmə hakimlərinin say baxımından çatışmazlığı ilə bağlı mövcud durumda cəmi 56 namizədin uğur qazanması olduqca aşağı göstəricidir. "Bu, yaxın gələcəkdə vakant hakim yerlərinə təkrar seçkilərin keçirilməsi üçün növbəti sənəd qəbulunun vacibliyindən xəbər verir".

Xəbər lenti

Xəbər lenti